"Real Madrid"in müdafiəçisi sıradan çıxıb
"Real Madrid"in almaniyalı müdafiəçisi Antonio Rudiger mövsümü erkən başa vurub.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında paylaşım edilib.
Rudiger ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, 32 yaşlı futbolçu "Barselona" ilə oyunda zədələnib.