"Real Madrid"in ulduzu klubu tərk edə bilər

"Real Madrid"in brazilyalı futbolçusu Rodriqo mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "Radio Marca"ya istinadən xəbər verir ki, "Liverpul" və "Mançester Siti" Rodriqo ilə yaxından maraqlanır.

24 yaşlı futbolçunun "Real Madrid"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rodriqo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 50 matçda 13 qol 10 asistlə yadda qalıb.

Onun transfer qiyməti 100 milyon avro olaraq təyin olunub.