"Real Madrid"in yeni baş məşqçisi bəlli olub

"Real Madrid" mövsümün sonunda italiyalı çalışdırıcısı Karlo Ançelotti ilə yollarını ayıracaq.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Real Madrid"in rəhbərliyi klubun sükanı arxasına Xabi Alonso gətirəcək.

Klub ispaniyalı mütəxəsisə 3 illik müqavilə təklif edib. Alonso hazırda Almaniyanın "Bayer" klubu çalışdırır.

Qeyd edək ki, Xabi Alonso futbolçu kimi 2009-2014-cü illər ərzində "Real Madrid"də çıxış edib.