"Real Madrid"in yeni hədəfi
"Benfika"nın ispaniyalı futbolçusu Alvaro Karreyras karyerasını ölkəsində davam etdirə bilər.
Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, "Real Madrid" Karreyras üçün "Benfika" ilə danışıqlara başlayıb.
22 yaşlı sol cinah müdafiəçisinin hazırki dəyəri "Transfermarkt" portalına görə 28 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Alvaro Karreyras "Real Madridin öz yetirməsi sayılır. O bu mövsüm çıxış etdiyi 47 matçda 4 qol 5 asistlə yadda qalıb.