“Real Madrid”in yeni planı
"Real Madrid" klubu yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, "Benfika"nın ispaniyalı futbolçusu Alvaro Karreyras "Real"ın maraq dairəsinə düşüb.
22 yaşlı müdafiəçinin Portuqaliya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, Karreyrasın transfer qiyməti 30 milyon avro olaraq təyin olunub.
O, cari mövsüm çıxış etdiyi 47 matçda 4 qol 5 asistlə yadda qalıb.
Xatırladaq ki, Karreyras "Real Madrid"in öz yetirməsi sayılır.