"Real" mübarizəni dayandırdı
Mart ayından koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası bərpa olunub.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 1/8 finalın iki cavab oyunu keçirilib.
"Mançester Siti" Madrid "Real"ını qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi cavab oyununda da eyni hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
7 avqust
Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 2:1
Qollar: Sterlinq, 9 (1:0), Benzema, 28 (1:1), Xesus, 68 (2:1)
İlk oyun - 2:1