"Real" üçün 3 variant
Madrid "Real"ı qış transfer pəncərəsində heyətini qapıçı ilə gücləndirmək niyyətindədir. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, "kral klubu" hazırda üç variant üzərində düşünür: Kepa Arrisabalaqa ("Atletik"), Tibo Kurtua ("Çelsi") və David De Xea ("Mançester Yunayted").
Qeyd edək ki, paytaxt təmsilçisi cari mövsüm La Liqada keçirdiyi 13 oyunda 11 qol buraxıb.