"Real" və "Atletiko" transfer yarışına girib
"Tottenhem"in argentinalı müdafiəçisi Kristian Romero karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və "Atletiko Madrid" K.Romeronu transfer etmək üçün hərəkətə keçib.
26 yaşlı futbolçunun "Tottenhem"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Romeronun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.