"Real" və PSJ fransalı oyunçu üçün yarışa girib

"Bavariya"nın mərkəz müdafiəçisi Dayo Upamekano yayda azad agent kimi klubdan ayrıla bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Real Madrid" və "Paris Sen-Jermen" fransalı stopperlə yaxından maraqlanır.

Münhen təmsilçisi Upamekanoya 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulmuş müqavilə təklif edib.

Qeyd edək ki, sözügedən futbolçu qərarını yanvar ayında verəcək.