"Real"dan 40 milyon avroluq transfer

"Bayer"in ekvadorlu futbolçusu Piero Hinkapi karyerasını "Real Madrid"də davam etdirə bilər.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.

23 yaşlı futbolçunun "Bayer"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Piero Hinkapi cari mövsüm çıxış etdiyi 43 matçda 3 qol 2 asistlə yadda qalıb.