"Real"dan avstriyalı futbolçu üçün 65 milyon avro
Madrid "Real"ı "Bavariya"nın müdafiəçisi David Alabaya elçi düşüb. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu" 24 yaşlı futbolçunun keçidi üçün 65 milyon avro ödəməyə hazırdır. Daha öncə 50 milyon avroluq təklifi rədd edən Münhen klubunun bu dəfə hansı cavabı verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, ötən mövsüm "Bavariya"da 46 oyun keçirən Avstriya millisinin üzvü 2 qol vurub və 4 məhsuldar ötürmə verib.