"Real"dan "Milan"a
"Real" yarımmüdafiəçisi Brahim Diası icarəyə verib.
Sportline.az "Marca"ya istinadən xəbər verir ki, 21 yaşlı hücumçu 2020/21 mövsümünü "Milan"da keçirəcək. Müqavilədə satın alma şərtinin olmadığı bldirilib.
Qeyd edək ki, "Real" İspaniyanın U-21 millisinin üzvünü 2019-cu ilin yanvarında "Mançester Siti"dən 17 milyon avroya transfer edib.