"Real"ın düşərgəsində qalmaqal
Madrid "Real"ı sabah UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"la cavab matçına çıxacaq.
Sportline.az xəbər verir ki, ilk oyunda 0-3 hesabı ilə uduzan madridlilərin düşərgəsində gərgin abu-hava hökm sürür.
Bu haqda "El Chiringuito" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Real"ın bugünkü məşqində Rudigerlə Bellingem az qala əlbəyaxa davaya çıxacaqlarmışlar.
İnsidentin qarşısı yalnız baş məşqçi Karlo Ançelottinin sərt müdaxiləsindən sonra alınıb.
Qeyd edək ki, "Real" - "Arsenal" görüşü sabah Bakı vaxtı ilə 23:00-da başlanacaq.