"Real"ın əsas hədəfi odur - 50 milyon avro masada olacaq
"Real Madrid" "Borussiya Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterberqi yayda heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu 26 yaşlı stopper üçün 50 milyon avro tələb edir.
N.Şlotterberqin klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, N.Şlotterberq cari mövsüm meydana çıxdığı 26 matçda 3 qol, 2 asistlə yadda qalıb.