"Real"ın fransalı futbolçusu sıradan çıxıb

"Real Madrid"in fransalı futbolçusu Eduardo Kamavinqanın zədələndiyi açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kamavinqa ən azı 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq.

22 yaşlı yarımmüdafiəçi "Xetafe" ilə oyunda zədələnib. 

Qeyd edək ki, Kamavinqa bu mövsüm çıxış etdiyi 34 matçda 2 qol 2 asistlə yadda qalıb.