"Real"ın futbolçusu "Aston Villa"nın radarına düşüb

"Real Madrid"in ukraynalı qapıçısı Andrey Lunin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Birmingham Mail" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa" Lunin xidmətində maraqlıdır.

26 yaşlı kiperin transfer qiyməti 35 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Lunin bu mövsüm çıxış etdiyi 12 matçda qapısında 19 top görüb.

Onun "Real Madrid"lə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.