"Real"ın futbolçusu İtaliyaya köçür
İtaliyanın "Roma" klubu Madrid "Real"ının futbolçusu Naço Fernandezi transfer etməyə yaxındır. SportLine.az xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub.
Gələn həftə ispaniyalı futbolçu ilə müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, “Real”ın yetirməsi olan 26 yaşlı müdafiəçi Madrid klubunun əsas komandasında 42 oyun keçirib.