"Real"ın gözü "Liverpul"un futbolçusuna düşüb

"Real Madrid" yay transfer pəncərsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, "Liverpul"un argentinalı futbolçusu Aleksis Mak Allister "Real"ın transfer siyahısında yer alır.

26 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 90 milyon avro olaraq təyin olunub. O cari mövsüm çıxış etdiyi 45 matçda 6 qol və 5 asistlə yadda qalıb.

Qeyd edək ki, Mak Allister 2023-cü ilin yayında "Brayton"dan "Liverpul"a 42 milyon avro qarşılığında transfer olmuşdu.