"Real"ın qapıçısı Lunin karyerasını İngiltərədə davam etdirə bilər

"Real Madrid"in və Ukrayna millisinin qapıçısı Andrey Lunin "Liverpul"un futbolçusu ola bilər.

Sportline.az xəbər verir ki, bu barədə teamTALK internet nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mersisayd klubu qapıçısı Alissonun Səudiyyə Ərəbistanına getmək ehtimalı olduğuna görə onun əvəzedicisin axtarır.

Bundan əlavə "Valensiya"nın gürcüstanlı qapıçısı Mamardaşvilinin də "Liverpul"un transfer siyahısında olduğu bildirilir.

Luninin "Real Madrid"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir. 

Qeyd edək ki, ukraynalı qapıçı ötən mövsüm "Kral klubu"nun heyətində 32 oyunda iştirak edib və bunların 12-də qapısını toxunulmaz saxlayıb. Transfermarkt portalında oyunçunun transfer dəyəri 25 milyon avrodur.