"Real"ın ulduzu "Mançester Yunayted"in hədəfində

"Mançester Yunayted" "Real"ın hücumçusu Vinisius Juniorun xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 23 yaşlı braziliyalının Madrid tərk etmək ehtimalı var.

Bu isə, Kilian Mbappenin komandaya gözlənilən transferi ilə əlaqələndirilir.

Hər iki futbolçunun eyni mövqedə oynaması Juniorun heyətə düşməsinə çətinlik yarada bilər. 

Onunla həmçinin, "Mançester Siti" və PSJ-nin də maraqlandığı qeyd olunur.