"Real"ın yeni müdafiəçi namizədi - Transfer qiyməti 50 milyon avrodur
"Borussiya Dortmund"un stopperi Niko Şlotterberq karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi ilə "Real Madrid" yaxından maraqlanır.
"Bild" nəşrinin yaydığı məlumata görə, Almaniya klubu bu keçid üçün qarşı tərəfdən 50 milyon avro tələb edir.
Qeyd edək ki, N.Şlotterber cari mövsüm meydana çıxdığı 26 matçda 3 qol, 2 asistlə yadda qalıb.