Rəcəbov: "Darıxdırıcı başlanğıc və çılğın sonluq"
Azərbaycan şahmatçısı Teymur Rəcəbov onlayn turnirdə İspaniya təmsilçisi David Antona uduzduqdan sonra "Twitter"də paylaşım edib.
Sportline.az xəbər verir ki, 33 yaşlı qrossmeyster təşkilatçı Pepe Kuensaya və "Chess24es" portalına təşəkkürünü bildirib. "Darıxdırıcı başlanğıc və çılğın sonluq! Növbəti görüşdə Antona uğurlar arzulayıram" - deyə Rəcəbov vurğulayıb.
Qeyd edək ki, Teymur Rəcəbov 1/4 finalda David Antona 6:7 hesabı ilə uduzub. Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. 13 qarşılaşmanın 4-də ispan şahmatçı, 3-də isə Rəcəbov qələbə qazanıb, digər görüşlər heç-heçə yekunlaşıb.