Rəcəbov Karlsenlə "sülh bağladı", Məmmədyarov məğlub oldu
Hollandiyada "Tata Steel Masters" turniri davam edir. SportLine.az xəbər verir ki, Veyk-an-Zedə təşkil olunan yarışın növbəti günündə iştirakçılar 11-ci tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun rəqibi Hindistan qrossmeysteri Santoş Qucrati Vidit olub. Duel şahmatçımızın məğlubiyyəti ilə yekunlaşıb.
Teymur Rəcəbov isə dünya çempionu Maqnus Karlsenlə xalı yarı bölüb.
23 yanvar 2019
"Tata Steel Masters"
11-ci tur
Teymur Rəcəbov (Azərbaycan) ⚪ - ⚫ Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Aniş Giri (Hollandiya) ⚪ - ⚫ Samuel Şanklend (ABŞ) - 1:0
Yan Nepomnyaşşiy (Rusiya) ⚪ - ⚫ Vladimir Fedoseyev (Rusiya) - 1:0
Vladimir Kramnik (Rusiya) ⚪ - ⚫ Yorden Fan Forest (Hollandiya) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) ⚪ - ⚫ Santoş Qucrati Vidit (Hindistan) - 0:1
Rixard Rapport (Macarıstan) ⚪ - ⚫ Liren Dinq (Çin) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) ⚪ - ⚫ Yan-Kristof Duda (Polşa) - 0,5:0,5
Turnir cədvəli
1. Maqnus Karlsen (Norveç) - 7,5
1. Aniş Giri (Hollandiya) - 7,5
3. Yan Nepomnyaşşiy (Rusiya) - 7
4. Vişvanatan Anand (Hindistan) - 6,5
4. Liren Dinq (Çin) - 6,5
6. Santoş Qucrati Vidit (Hindistan) - 6
7. Teymur Rəcəbov (Azərbaycan) - 5,5
8. Rixard Rapport (Macarıstan) - 5
8. Yan-Kristof Duda (Polşa) - 5
10. Samuel Şanklend (ABŞ) - 4,5
10. Vladimir Fedoseyev (Rusiya) - 4,5
12. Yorden Fan Forest (Hollandiya) - 4
12. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 4
14. Vladimir Kramnik (Rusiya) - 3,5