Rəcəbov Məmmədyarovu keçdi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Sportline.az xəbər verir ki, son reytinqlə müqayisədə ilk "10-luq"da Azərbaycanın yenə iki təmsilçisi yer alıb.
Son dünya kubokunun qalibi Teymur Rəcəbov 1 pillə irəliləyib. O, 2765 xalla 9-cu sıraya yüksəlib. Şəhriyar Məmmədyarovun da mövqeyində dəyişiklik olub. 2764 xala malik Məmmədyarov ötən siyahı ilə müqayisədə 2 pillə geriəyərək, 10-cu sırada qərarlaşıb.
Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2664) 74-cü olub. Bundan əvvəlki reytinqdə "100-lük"dən kənarda qalan Rauf Məmmədov (2654) isə bu dəfə 91-ci pillədə qərarlaşıb.
Qadınlar arasında Günay Məmmədzadə 34-cü (2443), Gülnar Məmmədova (2386) 77-ci, Ülviyyə Fətəliyeva (2377) 89-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2862) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2842) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdür.