Rəcəbovla Məmmədyarov beynəlxalq turnirdə
Mayın 17-də Moskvada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə “Grand Prix 2019” seriyasının birinci mərhələsi başlanacaq.
Sportline.az xəbər verir ki, beynəlxalq turnirdə ölkəmizi 2 qrossmeyster təmsil edəcək. Onlar Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovdur.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Grand Prix 2019” seriyasının ilk mərhələsinin reytinq favoritidir. O, 2 il öncə sonuncu dəfə keçirilən “Grand Prix” seriyasının qalibi olub.
Digər şahmatçımız Teymur Rəcəbov isə ötən seriyada ilk üçlüyü tamamlayıb.