Regekampf Rumıniya klubu ilə razılaşdı

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "ağ-qaralar"ı tərk edəcək.

Sportline.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsinin "Universitatya Krayova" klubu ilə razılaşıb. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Xəbərdə Regekampfın qış fasiləsində "Neftçi"dən ayrılacağı və yeni klubunun sükanı arxasına keçəcəyi bildirilib.

Mütəxəssis daha əvvəl "Zirə" ilə Azərbaycan Kuboku matçından (0:1) sonra baş tutan mətbuat konfransında jurnalistlərə açıqlamasında klubunu dəyişmək fikrində olmadığını və "Neftçi"də qalacağını söyləmişdi.

Banner