Rəhim Həsənova UEFA-dan təyinat
FİFA referisi Rəhim Həsənov UEFA-dan təyinat alıb.
Sportline.az xəbər verir ki, o, Lüksemburq "Proqress"inin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Enqrodan" (Andorra) - "Zeta" (Monteneqro) cütünün qalibi ilə keçirəcəyi görüşün baş hakimi olacaq.
FİFA referisinə Mübariz Haşımov və Pərvin Talıbov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, görüş avqustun 26-da keçiriləcək.