Rəhman Samokun uğurlu seriyasını qırdı
"Turan Tovuz"un uzun müddətdir davam edən seriyası qırılıb.
Sportline.az xəbər verir ki, Tovuz təmsilçisinin qapıçısı Sergey Samok Misli Premyer Liqasında meydana çıxdığı ardıcıl 8 oyunda qol buraxmamışdı.
Rusiyalı qapıçının seriyasına bu gün - 9 turdan sonra son qoyulub. Misli Premyer Liqasının 24-cü turunda "Kəpəz"lə keçirilən oyunda Gəncə təsmilçisinin futbolçusu Rəhman Hacıyev 55-ci dəqiqədə Samokun qoruduğu qapıya yol tapıb.
Sergey Samok sonuncu dəfə 2024/25 mövsümünün 34-cü turunda qol buraxıb. O. “Neftçi” ilə 2025-ci il mayın 10-da keçirilən matçda (1:2) rəqibin fərqlənməsinə mane ola bilməyib. Həmin görüşdə Dembo Darbo qol vurub.