Renat Dadaşovun qələbə ötürməsi
Millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi "Tondela" Portuqaliya çempionatında 13-cü turun təxirə salınmış oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Dadaşovun komandası "Moreyrense"ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
84-cü dəqiqədə meydana çıxan Renat, əlavə edilmiş 11-ci dəqiqədə məhsuldar ötürmə müəllifi olub.