Renat Dadaşovun komandası səfərdən xalla döndü
Portuqaliya çempionatında 18-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun oynadığı “Tondela” səfərdə “Santa Klara” ilə qarşılaşıb.
Görüş 2:2 hesabı ilə bitib.
Renat start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tondela” 18 turdan sonra 17 xalla 18 komanda arasında 13-cü pillədədir.