Renatın komandası səfərdə məğlub oldu
Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" İsveçrə çempionatında 22-ci tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda səfərdə "Lutsern"lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
"Lutsern" - "Qrasshopper" - 1:0
Qol: Frudek, 76
Renat sözügedən görüşdə iştirak edib. O, start heyətdə meydana daxil olub və 88-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki,"Qrasshopper" hazırda turnir cədvəlində 24 xalla 10 komanda arasında 7-ci pillədə qərarlaşşıb.