Renatın komandası tarixində ilk dəfə finalda
Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Tondela" Portuqaliya kubokunda yarımfinalın cavab oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda "Marfa" ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb. R.Dadaşov start heyətdə meydana daxil olub və 55-ci dəqiqədə əvəzlənib.
"Mafra" - "Tondela" - 1:1
Qollar: Paçeko, 45 (1:0), Boselli, 89 (1:1)
İlk oyun - 1:3
İlk görüşdə 3:1 hesabı ilə qalib gələn "Tondela" iki qarşılaşmanın nəticəsinə əsasən, tarixində ilk dəfə finala yüksəlib. Komandanın həlledici oyunda rəqibi "Portu" - "Sportinq" cütünün qalibi (ilk oyun - 2:1) olacaq.