Rəqiblə mübahisə edən futbolçu vətərini kəsdi
Ötən axşam Yunanıstan Superliqasında keçirilən "Panetolikos" - PAS (0:1) oyunundan sonra xoşagəlməz hal yaşanıb.
Sportline.az "Titormosnet"ə istinadən xəbər verir ki, qonaq komandanın hücumçusu Perea paltardəyişmə otağında özünə xəsarət yetirib.
Oyunun gedişində rəqib Kristos Koutsospirosla yaşadığı epizoddan qıcıqlanan forvard soyunub-geyinmə otağında hirsini pəncərəyə yumruq vurmaqla çıxarmaq istəyətkən əlini kəsib və belədə təcili yardım maşını ilə xəstəxanaya aparıldı .
Aqrinio xəstəxanasına aparılan Pereanın vətərinin kəsildiyi və mikrocərrahiyəyə ehtiyac yarandığı bildirilir.