Rəşad Sadıqov 100-ə çatdı
“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi ilə 100-cü qələbəsini qazanıb.
Sportline.az xəbər verir ki, bu, “Karvan-Yevlax”la qarşılaşmaya təsadüf edib.
Komanda Misli Premyer Liqasının 20-ci turunun ev görüşündə 1:0 hesabı ilə qalib gəlib.
Rəşad Sadıqovun rəhbərliyi ilə 220-ci sınağa çıxan paytaxt təmsilçisi 100-cü dəfə qələbəsinə sevinib.
Bunlardan 82-si Premyer Liqa, 14-ü ölkə kuboku, 4-ü avrokuboklara təsadüf edib.
Qeyd edək ki, R.Sadıqov 2020-ci ildən "Zirə"ni çalışdırır.