Rəşad Sadıqov ilin futbolçusu seçilib

 “Futbol+” qəzeti ilin futbolçusunu seçib.

Sportline.az xəbər verir ki, futbol ictimaiyyəti arasında keçirilən sorğuda "Qarabağ"ın kapitanı Rəşad Sadıqov ilin futbolçusu adına layiq görülüb. Təcrübəli müdafiəçi səslərin 57 faizini toplayıb. Rəşad Sadıqov ümumilikdə 6-cı, ardıcıl isə ikinci dəfə "Futbol+" tərəfindən "ilin ən yaxşısı" seçilib. 

Qeyd edək ki, sorğunun ümumi nəticəsinə görə, ilk “4-lük”də "Qarabağ"ın futbolçuları (1. Rəşad Sadıqov, 2. Mahir Mədətov, 3. Qara Qarayev, 4. Riçard Almeyda) yer alıb.