Rəşad Sadıqov: “Millidə işləməyə hazıram, “Qarabağ” və “Neftçi”də yox”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov hazırda özünü “Qarabağ” və “Neftçi”də işləməyə hazır görmür.

Sportline.az xəbər verir ki, bu haqda gənc mütəxəssis İTV-də yayımlanan “Bol idman” verilişində bildirib.

“Bəlkə 5 ay, 2 il, 5 il sonra mən bu suala başqa cavab verəcəyəm. Amma bu gün mənə “Neftçi” və “Qarabağ” kimi komandanın yükünü daşımaq ağır olar. Çünki məsuliyyətlidir, tarixləri böyükdür, iddialıdırlar. Hər il o komandalardan çempionluq, Avroliqada uğurlu çıxış gözlənilir”.

O qeyd edib ki, bu gün milli komandada isə özünü işləməyə hazır sayır: “Neçə illərdir milli onsuz da uğursuz çıxış edir. Bu yükün altına girməkdən çəkinmirəm. Bu, məşqçi bacarığı ilə bağlı deyil. Burda bir çox psixoloji amil də var”.