Rəşad Sadıqov orduya belə dəstək oldu

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Neftçi" ilə matçda ordumuza dəstək məqsədi ilə hərbi futbolka geyinib.

Sportline.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri görüşdə 90 dəqiqə texniki zonada hərbi futbolkada dayanıb.

Qeyd edək ki, "Zirə" və "Neftçi"nin futbolçuları da görüş başlamazdan əvvəl meydana hərbi formada çıxıblar.