Azərbaycan millisi son oyununda qələbə qazandı

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü keçirəcək. SportLine.az xəbər verir ki, rəqib Albaniyanın U-21 komandası olacaq.

Bir neçə gün öncə bu rəqiblə keçirilən görüş seçməmizin məğlubiyyəti ilə nəticələnib - 0:1. Ona görə, bu oyunu revanş üçün fürsət də adlandırmaq olar.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, Rəşad Sadıqovun komandası Albaniya ilə yanaşı, daha iki rəqiblə yoxlama matçında üz-üzə gəlib: “Alanyaspor”un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn millimiz Gürcüstandan olan həmyaşıdları ilə heç-heçə edib.


26 yanvar 2018
Yoldaşlıq görüşü

Azərbaycan U-19 - Albaniya U-19 - 1:0
QOL: 
Ülvi İskəndərov, 52 (1:0)