Rəşad Sadıqov "Zirə" formasında

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Qəbələdə təlim-məşq toplanışı çərçivəsində sabiq klubu "Qarabağ"ın bugünkü yoxlama oyununu izləyib.

Sportline.az xəbər verir ki, o, yeni komandasının baş məşqçi formasında Ağdam klubunun "Neftçi" ilə  görüşünü Qəbələ şəhər stadionunda canlı izləyib.

Qeyd edək ki, futbolçu karyerasını bu mövsümün sonu bitirən R.Sadıqov "Zirə"nin baş məşqçisi təyin olunub.

Foto: "Futbol +"