Rəşad Sadıqovun bolqar köməkçisi

21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqovun köməkçilərindən biri bolqarıstanlı olacaq. Sportline.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, söhbət Vladislav Yanuşdan gedir.

Yanuş fiziki hazırlıq üzrə məşqçi funksiyalarını yerinə yetirəcək. 38 yaşlı mütəxəssis əvvəllər "Lokomotiv" (Plovdiv) və "Beroe", "Vereya" və "Liteks" komandalarında çalışıb. O, yığmada ilk dəfə çalışacaq.

Qeyd edək ki, Azərbaycanın əsas millisində və "Qarabağ"da baş məşqçi Qurban Qurbanovun köməkçisi də bolqarıstanlıdır. Həmin şəxs Çudomir Çakarovdur.