Millimiz məğlub oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Albaniya (U-21) seçməsi olacaq.
Bir neçə gün öncə "Alanyaspor"un müvafiq yaş qrupu ilə görüşdə qələbə qazanan (3:1) Rəşad Sadıqovun komandası bu dəfə də uğurlu nəticəyə iddialıdır.
Antalya toplanışı çərçivəsində keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.
21 yanvar 2018
Yoldaşlıq görüşü
Azərbaycan (U-21) - Albaniya (U-21) - 0:1
Antalya