Reşford bu kluba transfer olmaq istəyir
"Aston Villa"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşford karyerasını "Barselona"da davam etdirmək istəyir.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Reşford "Barselona" klubundan təklif gözləyir.
27 yaşlı futbolçu müqavilə əsasında "Mançester Yunayted" klubuna məxsusdur.
Qeyd edək ki, Reşfordun transfer qiyməti 50 milyon avrodur.