Reşford İspaniya nəhənginə transfer olmaq istəyir
"Aston Villa"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşford karyerasını İspaniyada davam etdirmək istəyir.
Sportline.az "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, Reşford "Barselona"da çıxış etməyə müsbət yanaşır.
Kataloniya klubu mövsümün sonunda 27 yaşlı futbolçu üçün "Mançester Yunayted"lə danışıqlara başlayacaq.
Qeyd edək ki, Reşfordun bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 50 milyon avro olaraq qiymətləndirilir.