Reşfordun yeni hədəfi

"Mançester Yunayted"in hücumçusu Markus Reşford klubun sabiq forvardı Ueyn Runinin rekordunu qırmaq niyyətindədir.

Sportline.az Hari Nevilin YouTubdakı The Overlap kanalına müsahibəsində bunu etiraf edib.

"Runinin rekordunu qıra bilərəmmi? Onun özü ilə bu haqda söhbət etmişəm. Runi bunun baş verməsini istədiyini bildirib. Hər oyunda qol və məhsuldar ötürmə müəllifi olmağa çalışıram. Bu baxımdan, rekordun qırılma ehtimalı var", - Reşford belə deyib.

Qeyd edək ki, Ueyn Runi "Mançester Yunayted"in heyətində 253 qola imza atıb.

Reşford isə, hələ ki, 123 qolun müəllifidir.