Respublika Stadionunun son vəziyyəti

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şerif" matçının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə yenə problemlər var.

Sportline.az xəbər verir ki, ötən həftə "Sileks"lə matçda gözə dəyən çatışmazlıqları aradan qaldırmaq mümkün deyil. Xüsusilə meydanın mərkəz hissəsində saralmış ot nəzərə çarpır.

"Qarabağ" - "Şerif" oyunu saat 20:00-da start götürəcək.