Reynaldo "Spartak"da

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo da Silva karyerasını Slovakiyada davam etdirəcək.

SportLine.az xəbər verir ki, futbolçu "Spartak" klubu ilə razılığa gəlib. Tranava təmsilçisinin baş məşqçisi Nestor El Maestro futbolçu haqda xoş sözlər səsləndirib: “Reynaldo son 6 ayda heç bir matçda meydana çıxmayıb. Bu, problem olsa da, oxşar təcrübəmiz var. Yasin Pehlivan bütün il ərzində oynamamışdı. Hər şey qaydasına düşəcək. Reynaldo istədiyimiz səviyyədə futbolçudur”.

Qeyd edək ki, Reynaldo 2013 - 2016-cı illərdə “Qarabağ”da çıxış edib. O, yay fasiləsində Türkiyə təmsilçisi “Adanaspor”dan ayrıldıqdan sonra klubsuz qalmışdı.