Riad İngiltərə klubunda

"Betis"in müdafiəçisi Çadi Riad karyerasını İngiltərədə davam etdirəcək.

Sportline.az xəbər verir ki, o, "Kristal Pelas"ın formasını geyinəcək.

20 yaşlı mərakeşli ilə 2029-cu ilədək müqavilə imzalanıb.

"Betis" bu mövsüm "Barselona"dan icarəyə götürdüyü Riadın transfer hüququna yiyələnmişdi. 

Transfermarkt portalında onun dəyəri 15 milyon avro kimi qiymətləndirilirdi.