Riçard Almeydanın millidə çıxışı məsələsinə aydınlıq gətirlidi

Riçard Almeydanın Şimali İrlandiya ilə oyunda meydana çıxmaq məsələsinə aydınlıq gətirilib. Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi iyunun 10-da baş tutacaq matçda oynaya biləcək.

Belə ki, FİFA-nın müvafiq komitəsi AFFA-nın Braziliya əsilli xavbekin millimizdə oynamaqla bağlı müraciətinə baxıb. Ali futbol qurumu məsələnin həllini mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verib.

Assosiasiya rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb. Beləliklə, Robert Prosineçki hazırda Avstriya toplanışında olan Almeydanın xidmətindən Şimali İrlandiya ilə qarşılaşmada yararlana biləcək.

Xatırladaq ki, Riçard Almeyda 2012-ci ilin yayından etibarən  “Qarabağ”ın şərəfini qoruyur.