Riçard Trautman: "Olimpiadada biri qızıl olmaqla 2 və ya 3 medal qazanacağımıza ümid bəsləyirəm"
"Bütün çəkilərdə olimpiya lisenziyamız var. Əfsuslar olsun ki, qarışıq komanda yarışında iştirak edə bilməyəcəyik. Çünki qadın idmançılarımız yalnız yüngül çəkidə təmsil olunacaqlar".
Bunu Sportline.az-a açıqlamasında cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Riçard Trautman deyib.
Almaniyalı mütəxəssis Paris sınaqlarına böyük ümidlərlə yollanacaqlarını bildirib: "Hami bilir ki, dünyanın ən güclü cüdo millisi Yaponiya komandasıdır. Digər çətin rəqibimiz Gürcüstandır. Onları ən güclü 2-ci milli hesab edirem. Fransanı da unutmaq olmaz. Onlar da hər zaman cüdo idmanında öz sözlərini deyiblər. Doğma divarlar amili də onların xeyrinə işləyəcək. Azarkeş dəstəyi fransalılara əlavə motivasiya edəcək. Güclü rəqiblər siyahısına həmçinin Italiya, Monqolustan, Tacikistan və Özbəkistanı da əlavə etmək olar. Amma bizim komandamızı Yaponiya ve Gürcüstandan sonra ən güclü milli hesab edirəm.
Olimpiadadan gözləntilərə gəldikdə isə, biri qızıl olmaqla 2 və ya 3 medal qazanacağımıza ümid bəsləyirəm. Cüdo hər hansısa bir alqoritmə tabe olmayan, gözlənilməzliklərlə dolu bir idman növüdür. Bəzən mükəmməl hazırlıq belə medal qazanmağa kifayət etməyə bilər. Amma bizim bir nece medal qazanacaq potensiala malik olduğumuza əminəm".
Qeyd edək ki, Paris olimpiadasında 7 kişi, 2 qadın cüdoçumuz qələbə uğrunda mübarizə aparacaq.