Riz Ceyms İspaniya nəhənginə keçə bilər
"Çelsi"nin ingiltərəli sağ cinah müdafiəçisi Riz Ceyms karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Barselona" Ceyms üçün "Çelsi" ilə danışıqlara başlayıb.
Bu keçid üçün Kataloniya klubu qarşı tərəfə 25 milyon avro təklif edib.
Qeyd edək ki, Riz Ceymsin "Çelsi" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O, bu mövsüm çıxış etdiyi 22 matçda 2 qol 1 asistlə yadda qalıb.